"İbrahimoviç Liverpula ancaq əylənməyə gələ bilər" - Ançelotti

"Everton"un yeni baş məşqçisi Karlo Ançelotti "Los-Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviçi transfer etməyəcəklərini açıqlayıb.

İtaliyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında 38 yaşlı hücumçunu heyətində görmək istəmədiyini bildirib:

"Zlatan yaxşı dostlarımdan biridir. Keçmişdə futbolçum olub. Gərək, ona zəng edim. İbrahimoviç Liverpul şəhərinə əylənməyə gələ bilər, amma oynamaq üçün yox".

 
Qeyd edək ki, Zlatan ABŞ klubunda 58 oyuna 53 qol vurub. İsveçli futbolçunun adı sabiq klubu "Milan"la da hallanır.