YAP deputatlığa namizədlərinin siyahısını müzakirə edir

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

İclasda partiyanın fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirələrdən sonra təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.