YAP deputatlığa namizədləri müəyyən etdi, əksər deputatların adı yeni siyahıda yoxdur

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.

Siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.

İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.