Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,42% – 28 583,68 bəndədək, S&P 500 indeksi 0,28% – 3 237,18 bəndədək, Nasdaq indeksi isə 0,03% – 9 068,58 bəndədək enib.

 Avropa fond bazarlarında yanvarın 7-də FTSE 100 indeksi 0,02% – 7 573,85 bəndədək, Fransa CAC-40 indeksi 0,02% – 6 012,35 bəndədək enib, Almaniya DAX-ı isə 0,76% – 13 226,83 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 594 dollara bərabər olub.

  

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1,1149 dollar təşkil edib.