Kilid mağarasında tədqiqat işləri uğurla davam etdirilir

Qədim insanların məskunlaşdığı mağarada tədqiqat aparılır


Naxçıvanda Qədim daş dövrünə aid abidələrdən biri olan Ordubad rayonu ərazisindəki Kilid mağarasında tədqiqat işləri uğurla davam etdirilir.

Qeyd edək ki, Kilid mağarası Ordubad rayonunun eyni adlı kəndinin ərazisindədir. Kilid ətrafında bir neçə mağara mövcuddur. Burada hələ daş dövründə insanların yaşaması ilə bağlı maraqlı faktlar aşkar olunub. Kilid mağarası kimi qeydə alınan və tədqiqata cəlb edilən ən böyük mağaranın uzunluğu 24 metrdir. Təbii şəkildə olan mağara sağ və sola 2 istiqamətdə ayrılır.

Mağarada aşkar edilmiş mədəni təbəqə hələ Neolit dövründə burada qədim insanların məskunlaşdığını göstərir. Arxeoloqlar mağarada əmək alətlərinin olduğunu güman edirlər.