Son sutkada dünyada 5 mindən çox insan koronavirusdan həyatını itirib

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 230 minə yaxın yoluxma qeydə alınıb. Eyni zamanda pandemiya qurbanlarının ümumi sayı 600 mini ötüb.

Son sutkada dünyada koronavirusa 229 780 yoluxma qeydə alınıb, 5 111 nəfər həyatını itirib. Bununla da dünyada koronavirusa yoluxanların sayı 14 348 858 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 603 691 nəfər təşkil edir.