Kür çayında bulanıqlıq artıb: İçməli su məhdudiyyətlə veriləcək

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dəna bildirilib.

 
Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.