Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

 "TASS"'ın verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

 
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 656 nəfərə çatıb.