Koronavirus pandemiyası iki ildən az müddətə başa çata bilər

Koronavirus pandemiyası iki ildən də az müddətə başa çata bilər.

Bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə səsləndirib. O vurğulayıb ki, 1918-ci ildə tüğyan etmiş İspan qripindən fərqli olaraq koronavirus pandemiyası mübarizəni çətinləşdirən qloballaşma, sıx ünsiyyət və əlaqələr kimi cəhətlərə malik olsa da, indi bəşəriyyət müasir texnologiyalar sayəsində daha üstün mövqedədir. Ona görə də pandemiyanın iki ildən də az müddətə başa çatacağına ümid böyükdür.

Mövcud imkanlardan maksimum dərəcədə istifadə və tezliklə vaksinin tapılacağına ümid koronavirus pandemiyası üzərində İspan qripi ilə müqayisədə daha tez qələbə çalmağa imkan verə bilər. İspan qripindən ölənlərin sayının 20-50 milyon arasında olduğu ehtimal edilir. Üç böyük dalğadan ibarət pandemiya iki il davam edib.//Azertac