BNA-nın şöbə müdiri Hikmət Babayev vəzifəsindən azad olundu

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev tutduğu vəzifədən azad edilib.

Bu barədə  agentliyin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bu barədə əmr imzalayıb. Əmrə əsasən, H.Babayev tutduğu vəzifədən azad edilib.