Gizir olduğu deyilən qadınla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Müdafiə Nazirliyi sosial şəbəkələrdə gizir formasında fotosu yayılan qadınla bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən  bildirilib ki, bu adda və rütbədə şəxs Azərbaycan Ordusunda xidmət etmir, ehtiyatda da yoxdur.

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan fotoda həmin qadının Müdafiə Nazirliyinin əməkdaşı Məryəm Cərullayeva olduğu iddia olunub.