Ankara qaranlığa qərq olub. Binaların damları uçub, ağaclar aşıb - VİDEO

Ankarada qum fırtınası Polatlı və Haymana rayonlarını qaranlığa qərq edib. Toz buludu güclü küləklə müşayiət olunur. Türkiyə KİV-ləri xəbər verir ki, bir anda göy üzünü bürüyən toz buludu vətəndaşları təşvişə salıb.Qum fırtınası Ankaranın mərkəzində də yaşanıb. Güclü küləyin havada uçurduğu əşyalar altı nəfərin yaralanmasına səbəb olub. Binaların damları uçub, ağaclar aşıb. Bəzi yerlərdə elektrik və telefon xətləri sıradan çıxıb.