Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutub - Müdafiə Nazirliyi

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.