Dünyada təkrar koronavirusa yoluxan xəstələr arasında ilk ölüm qeydə alınıb

Hollandiyalı həkimlərinin açıqlamalarına görə, təkara koronavirusa yoxmuş 89 yaşlı qadın dünyasını dəyişib.

 RİA Novosti xəbər verir ki, bu barədə Oksford Universitetinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilib.


Hollandiyalı alimlərin fikrincə, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən qadın ilk təxminən iki ay sonra ikinci dəfə koronavirusa yoluxub.


Bir neçə gün sonra vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki həftə sonra xəstə vəfat edib.


Hollandiyanın "BNO” nəşri bu hadisənin təkrar infeksiyaya yoluxanlar arasında ilk ölüm olduğunu yazıb.