Birinci vitse-prezident Mehriban Əliyeva: Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”.