Vladimir Zelenski Türkiyəyə səfər edəcək

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə iki günlük rəsmi səfər edəcək.


Oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.


Səfər çərçivəsində UkraynaTürkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.


Ukraynanın Müdafiə naziri Andrey Taran nazirliyin saytına açıqlamasında bildirib ki, bu saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.