Bu günə qədər 546 şagird, 186 müəllim koronavirusa yoluxub

Oktyabrın 15-ə olan məlumata görə, məktəblərdə koronavirusa yoluxan şagirdlərin sayı 546 nəfər, 186 müəllim olub.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Tədris kurslarının fəaliyyətinə toxunan nazirin sözlərinə görə, hər kəsin qaydalara əməl etməsi lazımdır: "Hazırda bir çox tətbiqlər işləyir, onların üzərindən də onlayn təhsil vermək mümkündür".