Türkiyə XİN Ermənistanın Ordubada hücumunu pisləyir

Türkiyə Ermənistan qoşunlarının işğal altındakı Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu qətiyyətlə pisləyir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeydolunur ki, Ermənistan işğal etdiyi ərazilərdə aldığı ard-arda məğlubiyyətlərlə əlaqədar hər gün daha da aqressivləşir:

"Ortaq sərhədlərimizin olduğu Naxçıvan Muxtar Respublikasına yönələn hücum Ermənistanın münaqişənin Azərbaycanın işğal olunmuş ərazilərindən kənara yaymaq cəhdlərinin sübutudur. Ermənistan bu təxribatları dayandırmaılıdır.

Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücum etməklə hərbi cinayət törədib, indi isə münaqişəni başqa müstəvilərə keçirməyə çalışır. Ermənistan bu hücumların nəticələrini göz önünə almalıdır".

Nazirlik Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bəyan edib.