Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verir.