Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib - Müdafiə Nazirliyi
 
                        Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
			
					 
                                 
                                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                     
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                

 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    