İran ermənilərin PUA-sını vurdu

İran ərazisində Ermənistanın pilotsuz uçan aparatı (PUA) vurulub.


İran-Azərbaycan sərhədini pozan PUA Ərdəbil vilayətinin səmasında vurulub.


Bu, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin erməni PUA-sını vurmaları ilə bağlı ilk hadisədir.


Vurulmuş PUA-nın tipi barədə rəsmi məlumat verilməsə də, onun Ermənistanın "Krunk" kəşfiyyat PUA-sı olduğu şübhə doğurmur.


Ermənilər "Kruk" vasitəsilə Qarabağ savaşında artilleriya kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirəndən sonra həmin koordinatlara artilleriya zərbələri endirməyə çalışırlar.


Milli.Az