Göygöldə mövqelərimiz atəşə tutulur - MN

Göygöldə mövqelərimiz atəşə tutulur.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur.