Ceyhun Bayramov Vaşinqtona gedir

Bu ilin 23 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.