Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

 Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur və bu, hərbçilərimizin həyatına təhlükə yarada bilər:

"Ona görə də yalnız rəsmi məlumatların yayılması məsləhətdir. Vətəndaşlardan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, hərbi sirr olan və təsdiqlənməmiş məlumatlar paylaşmasınlar. Azərbaycan Ordusu tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Qələbə bizimlədir".