Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır

Bakı vaxtı ilə saat 07:00-dan başlayaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır.

 "TASS"ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir ki, Rusiya Dağlıq Qarabağ zonasında sülhməramlı kontingentini yerləşdirir, eyni zamanda, Ermənistan qoşunlarının buradan çıxarılmasına başlanır.