Qarabağda atəşkəsdən sonrakı vəziyyətə dair Türkiyə-Rusiya müzakirələrinin bugünkü hissəsi başa çatıb

Türkiyə və Rusiya hərbi heyətləri arasında Qarabağda atəşkəsdən sonrakı vəziyyəti tənzimləyəcək fəaliyyətlər və İdlib başda olmaqla, Suriya ilə bağlı Ankarada keçirilən texniki müzakirələrin bugünkü hissəsi başa çatıb.

Yerveinsan.az Türkiyə Milli Müdafiə nazirliyinə istinadla xəbər verir ki, müzakirələr noyabrın 15-də davam etdiriləcək.