Mövlud Çavuşoğlu  Azərbaycan xalqını təbrik edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.

Nazir “Twitter” sosial şəbəkə hesabında yazıb: “32 il əvvəl müstəqillik üçün ayağa qalxan Azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarının da azadlığına qovuşdu. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda yüksəlir. Milli Dirçəliş Günün mübarək olsun, can Azərbaycan!”