Rusiya Prezidenti: Qarabağ münaqişəsi ədalətlə həll olunub

Qarabağ münaqişəsi ədalətlə həll olunub.


Bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində bəyan edib.


RF lideri deyib: "Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsi sentyabr ayında gərgin fazaya keçib. Rusiya tərəfi bizə dost olan iki dövlət arasında döyüş əməliyyatlarını dayandırmaq və onları münaqişənin kompromisli həllini tapmağa sövq etmək üçün çox fəal səy göstərib. Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 10-da atəşin tam dayandırılması və Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşma əldə olunub. Bütün bunlar Rusiya və Azərbaycan prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanatda təsbit olunub”.


Tərəflər arasında razılaşmaya riayət olunduğunu qeyd edən Rusiya Prezidenti Vladimir Putin daha sonra deyib: "Döyüş əməliyyatları tamamilə dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tamformatlı nizamlanması üçün ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqlarının maraqlarına uyğun şərait yaradılıb”. (AZƏRTAC)