Lavrovdan mühüm açıqlama

Rusiya üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir.

Yerveinsan.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.


O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanış razılaşma bu məsələlərin həll olunmasına imkan yaradır:


"Bölgədə fəaliyyət göstərən sülhməramlılarla yanaşı, prezident Putinin fərmanı ilə yaradılan qurumararası mərkəz artıq işə başlayır və bu məsələləri nəzarətdə saxlayacaq".