Türkiyə Milli Müdafiə Nazirliyi: Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.


Paylaşımda deyilir:


"Qəhrəman Azərbaycan Ordusu Qarabağdakı böyük zəfərdən sonra əldə olunan razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay, ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".