Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.

O qeyd edib ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil.