Təhsil naziri: Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anırıq

Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir.

Təhsil Nazirliyindən bildirilib ki, bu fikirlər təhsil naziri Emin Əmrullayevin rəsmi “Facebook” səhifəsində paylaşımında yer alıb.

Təhsil naziri qeyd edib ki, bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illərboyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il fevralın 26-da bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur: “Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırımı qurbanlarını dərin hörmətlə anırıq.

Allah rəhmət eləsin!”.