Dünyada ötən sutka koronavirusa yoluxanların sayı 717 mindən çox olub

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 717 mindən çox artıb.

 Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, ötən sutka ərzində 717 min 513 nəfər yeni koronavirusa yoluxub, 13 min 43 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 160 milyon 813 min 869, ölənlər isə 3 milyon 339 min 2 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,6 milyon), Hindistan (24,3 milyon), Braziliya (15,4 milyon), Fransa (5,8 milyon), Türkiyə (5 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.