“Light” neftinin qiyməti son 2 ilin maksimumuna yüksəlib

Nyu-Yorkun NYMEX birjasında “Light” markalı xam neftin bir barelinin qiyməti 2018-ci ilin oktyabrından indiyədək maksimumum səviyyəyə çatıb.

“Light”ın qiyməti həftənin əvvəlindən isə 5 faizdən çox bahalaşıb. Neft qiymətləri may ayını da artımla tamamlamağa yönəlib. Beləliklə də neft qiymətləri cari ilin ilk 5 ayının 4-nü artımla tamamlayacaq.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir bareli London birjasında 69,63 dollara, “Light” markalı xam neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 66,32 dollara satılır.