Tanınmış geoloq "Tərəqqi" medalı ilə təltif olunub - Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 20 illiyi münasibətilə Azərbaycanda Ətraf Mühitin və Təbii Sərvətlərin qorunmasında xidmətlərinə görə Nazirliyin bir qrup əməkdaşını 22 may 2021-ci il tarixli, 2655 nömrəli sərəncamı ilə təltif etmişdi. Təltif olunanlar arasında Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsində və öyrənilməsində xüsusi xidmətləri olmuş geoloq, "Yer və insan" jurnalının redaktoru Ağamahmud Səmədov da var idi. O "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən 30 dekabr 2021-ci il tarixli yığıncaqda Nazir cənab Muxtar Babayev təltif olunanları təbrik etmiş və  onlara  vəsiqələri təqdim etmişdir.

"Yer və İnsan" jurnalının kollektivi adından Ağamahmud müəllimi təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

Fotosessiya