KOBİA-nın əməkdaşı: “TEKNOFEST Azərbaycan” festivalı qardaşlığın, dostluğun bariz nümunəsidir

“TEKNOFEST Azərbaycan” festivalı iki ölkə arasında təşkil olunan ən mötəbər, genişmiqyaslı tədbir olmaqla yanaşı, həm də qardaşlığın, dostluğun bariz nümunəsidir.

Bu fikirləri  KOBİA-nın əməkdaşı Zaur Dadaşov söyləyib.

O bu cür tədbirin ilk dəfə ölkəmizdə baş tutmasını, həmçinin KOBİA-nın bu festivalın tərəfdaşı olduğunu vurğulayıb.

Z.Dadaşov festivalda KOBİA-nın startaplar üçün 2 dəstək proqramı barədə məlumat verib və gələcək perspektivlərdən danışıb. Bu cür proqramların, layihələrin keçirilməsinin vacibliyini qeyd edib.//Azertac