Dörd ayda nəql olunan neftin 79 faizi Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb
Cari ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə 11 milyon 611,1 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 79 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin 4 ayında bu kəmər vasitəsilə 9 milyon 173,3 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə 1 milyon 575,1 min ton tranzit nefti də nəql edilib.

