KOBİA görüşlərini davam etdirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes assosiasiyalarının qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərini davam etdirir.

KOBİA-dan bildirilib ki, növbəti belə görüş Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə keçirilib. AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvlərinin iştirak etdiyi görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da maraqlarının nəzərə alınması məsələləri müzakirə edilib. Eləcə də KOBİA və assosiasiya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.