ABŞ NATO-nun sürətlə genişləndirilməyə çağırıb

ABŞ Türkiyənin terrorizmlə bağlı haqlı narahatlığının olduğunu inkar etmir, lakin Finlandiyaİsveçin NATO-ya qəbulu ilə bağlı Ankara, Stokholm və Helsinki arasında yaranmış fikir ayrılıqlarının tezliklə həllinə çağırır.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

"Biz Türkiyənin terrorla bağlı haqlı narahatlığını qəbul edirik və bunu NATO-nun baş katibi Yens Stoltenberq də dilə gətirib. Biz Stokholm, Ankara və Helsinkini bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edilməsi istiqamətində doğru yol tapmaq üçün birgə işləməyə çağırırıq", - ABŞ-lı rəsmi qeyd edib.

O, ölkəsinin Şimali Atlantika Alyansını Finlandiyaİsveçin NATO-ya daxil olması prosesi ilə bağlı tez bir zamanda konsensusa gəlməyə çağırdığını vurğulayıb.//Trend