Bu axşam “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Bu axşam “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

 İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ikinci yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər.

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, İsrail festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.