Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan tərəfinin 5 erməni hərbçisini təhvil verməsini təqdir edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.

Aİ Şurasının prezidenti bu barədə tvitter səhifəsində bildirib.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçisini Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir",- Ş.Mişel vurğulayıb.