Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri noyabrın 15-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını rəsmi şəxslər yola saldılar.