Britaniya səfiri Kəlbəcərdə mina partlayışında hərbçinin şəhid olması ilə bağlı başsağlığı verib
“Dekabrın 14-də Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olması xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm".
Yerveinsan.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə yazıb.
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər - təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı və təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.