Leyla Abdullayeva- Ermənistan sözügedən sənədi açıq-aşkar kobud şəkildə pozur

BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin demək olar ki, bütün bəyanatlarında üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış olub.

Yerveinsan.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter səhifəsində yazıb.

Diplomat bildirib ki, Ermənistan sözügedən sənədi açıq-aşkar kobud şəkildə pozur.

“Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzv olan ölkələrinin bu cür çağırışlarını dinləməli və əməl etməlidir”, - deyə Leyla Abdullayeva vurğulayıb.