Türkiyə ilə Ermənistan arasında sərhədin açılması yalnız Azərbaycanın maraqları nəzərə alınmaqla mümkündür - Mehmet Muş

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması yalnız Azərbaycanın maraqları nəzərə alınmaqla mümkündür.

 Türkiyə KİV-ləri xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.

Nazirin sözlərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi sərhədin açılması üçün Ermənistan tərəfi ilə danışıqlar aparır.

"Bu məsələdə Azərbaycanın maraqları nəzərə alınmalıdır. Bütün mövcud məsələləri həll etdikdən sonra infrastrukturu hazırlamaq lazım gələcək. Biz bu işləri tez bir zamanda başa çatdıra bilərik", - deyə M.Muş bildirib.//Trend