57,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının fevralın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 57,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,2 kiloqrama yaxın heroin və 36,2 kiloqramdan artıq marixuana, 2 kiloqram tiryək, həmçinin 952 qramdan çox metamfetamin, 37 ədəd metadon, tramadol və digər həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.