Rəqəmsal inkişaf və nəqliyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı müəyyənləşib.

Nazirlikdən bildirilib ki, Rəşad Nəbiyev vətəndaşları Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində aprelin 11-i saat 10:00-da qəbul edəcək. Qəbula yazılmaq üçün aprelin 10-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.