Azərbaycan hərbçisinin Ermənistanda işgəncəyə məruz qalması tamamilə qəbuledilməzdir -XİN

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb.

Yerveinsan.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tvitter hesabında qeyd edib.

“Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!”, - deyə o əlavə edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azərbaycanlı əsgərlər itkin düşüb.