İsmayıllı rayonunda zəlzələ olub
Aprelin 22-də İsmayıllı rayonunda zəlzələ olub.
Bu barədə Yerveinsan.az-a AMEA-nın nəzdində Respublika Seysmoloji Mərkəzindən bildirilib.
Zəlzələ yerli vaxtla saat 14:42-də İsmayıllı stansiyasından 14 kilometr cənub-qərbdə qeydə alınıb.
Maqnitudası 3,6 olan zəlzələ hiss edilməyib. Zəlzələnin ocağı 34 kilometr dərinlikdə olub.

