Zaqatalada zəlzələ baş verib

Aprelin 24-də Zaqatala seysmoloji stansiyasından 16 kilometr cənub-qərbdə - Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yerveinsan.az-a bildirilib ki, yerli vaxtla saat 15:22-də qeydə alınan zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.8-ə bərabər olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.